Pandemiya səbəbindən bir sıra ölkələrdə qoruyucu vasitələrdən istifadə və özünütəcrid sistemi hələ də davam etməkdədir.
Unikal.org xəbər verir ki, bununla bağlı olaraq Yunanıstan hökuməti virusdan qorunmaq məqsədi ilə məktəblilərə pulsuz maskalar paylayıb.
Belə ki, məktəblilərə paylanılan xüsusi maskaların ölçüləri gülüş obyektinə çevrilib. Sosial mediada gündəm yaradan böyükölçülü maskalar tənqidə səbəb olub.
500 min maskalı tenderi qazanan şirkət rəsmisi Yiannis Stathopoulos televiziya proqramlarının birində məsələyə aydınlıq gətirib. "Ölçülərin çox böyük olduğunu" etiraf edən şirkət rəsmisi 10 yaşdan kiçik uşaqlar üçün maskaların 10x18 santimetr, 10-15 yaşlı məktəblilər üçün 12x22 santimetr olduğunu söyləyib və anlaşılmazlığa görə üzr istəyib.
Bildirək ki, Səhiyyə nazirinin müavini Vassilis Kontozamanis da uğursuzluğu hökumət və şirkət arasındakı anlaşılmazlıqla əlaqələndirib.