Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 3395 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər infeksiyadan vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 381 614, xəstəlikdən ölənlərin sayı isə 41 705 nəfərə çatıb.
Son günlər Böyük Britaniyada virusa yoluxma sayında ciddi artım müşahidə edilir.