İstanbulda “Baykar Defense” şirkəti Türkiyənin uçan avtomobili “Cezeri”nin ilk sınaqlarını aparıb.
Unikal.org xəbər verir ki, bu barədə “Global News” nəşri məlumat verir.
Qeyd edilir ki, “Cezeri”nin prototipi 10 metr hündürlüyə qalxıb. Lakin təkmilləşdirildikdən sonra avtomobil iki metrədək yüksəyə qalxa və saatda 100 kilometrədək sürət yığa biləcək,
“Baykar Defense”dən bildirilir ki, növbəti sınaqlar göyərtədə pilotun iştirakı ilə aparılacaq. Şirkət maşının 10-15 il sonra bazarda peyda olacağına ümid edir.