Boliviyada prezidentin səlahiyyətlərini icra edən Janin Anyes prezident seçkilərində namizədliyini geri götürüb.

Unikal.org xəbər verir ki, bu barədə siyasətçi “Unitel” telekanalının efirində deyib. 

“Bu gün mən demokratiyanın müdafiəsi üçün Boliviya prezidenti postuna öz namizədliyimi geri götürürəm”, - deyə Anyes bəyan edib.

Parlamentin yuxarı palatasının sabiq ikinci vitse-prezidenti belə bir addımı ölkənin eks-prezident Evo Moralesin siyasi qüvvələrinin seçkilərdə qələbə qazanmağına imkan verməmək üçün atıb.

“Mən bunu ona görə edirəm ki, səslərin namizədlər arasında bölünəcəyi riski var. Bunun da nəticəsində “Sosializmə doğru hərəkət” (partiya - red) seçkilərdə qələbə qazanacaq”, - deyə Morales bildirib və əlavə edib ki, Moralesin hakimiyyətə qayıtmağı demokratiyanın uduzmağı deməkdir.