Rusiyada koronavirusa yoluxanların sayı 1,09 milyon nəfəri keçib.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 5 905 nəfər virusa yoluxub, 134 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 1 091 186 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 19 195 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 901 207 nəfər virusdan sağalıb, 170 784 nəfərin müalicəsi isə davam edir.