Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron rayonu ərazisində yerləşən “Masazır” gölünün çirkab suları və müxtəlif tullantılarla çirklənməsinə dair məlumatlar haqda açıqlama yayıb. 

Unikal.org-a daxil olan məlumatda deyilir:

Həmin məlumatlar Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülməklə araşdırmanın aparılması Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri araşdırmaya cəld edilməklə həmin əraziyə Baş prokurorluğun qeyd edilən idarəsinin və Abşeron rayon prokurorluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Qeyd edilən gölün hazırki ekoloji vəziyyətinin səbəb və şəraitinin, həmçinin əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində  araşdırmalar davam etdirilir.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.