Millət vəkili xahiş etdi
16:00 15-12-2012
CƏMİYYƏT
Millət vəkili xahiş etdi
Millət vəkili Qənirə Paşayeva Hollandiyada 144 camini əhatə edən Türk Dəyanət Vəqfinin başqanı ilə görüşdə fevralın 26-da Xocalı Soyqırımı günü Hollandiyadakı bütün camilərdə Xocalı qurbanlarının anılmasını, yad edilməsini xahiş edib.
Millət vəkili Qənirə Paşayeva Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünver ilə görüşdə Türk Dəyanət Vəqfinə Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə təşəkkür edib. Millət vəkili bildirib ki, bu bir faciədir və təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırım qurbanların xatirəsi daim yad edilməlidir.
Azərbaycana səfər etdiyini və qardaş Azərbaycanı çox sevdiklərini deyən Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünver qardaş Azərbaycanın Qarabağ ağrısının, Xocalı soyqırımı ağrısının onların da ağrısı olduğunu bildirib və Azərbaycana bundan sonra da əllərindən gələn dəstəyi göstərəcəklərini deyib. Ətraflı fikir mübadiləsi ilə keçən görüşün sonunda millət vəkili Qənirə Paşayeva Hollandiya Türk Dənayət Vəqfinin başqanı Dr.Mustafa Ünverə Azərbaycan həqiqətlərini və mədəniyyətini özündə əks etdirəm materiallar hədiyyə edib.
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27