İsraildə sentyabrın 18-dən etibarən 3 həftə müddətinə ümumölkə təkrar karantin rejimi tətbiq olunub.

Unikal.org-un məlumatına görə, bununla da İsrail koronavirus pandemiyası ilə əlaqədar ikinci dəfə karantin rejimi tətbiq edən ilk ölkə olub.

Qeyd olunur ki, karantin rejimi oktyabrın 9-dək davam edəcək. Bu müddət ərzində ölkədə bir neçə dini bayramın keçirilməsi nəzərdə tutulur.

Karantin rejimi müddətində sakinlərə evlərini 1 kilometr məsafəyədək tərk etməyə icazə veriləcək. İctimai nəqliyyat məhdudiyyətlə işləyəcək. 10 nəfərdən artıq qruplarda toplaşmaq qadağan edilir. Kafe, restoran, ticarət mərkəzi, gözəllik salonları bu müddət ərzində bağlı qalacaq.