İngiltərinin paytaxtı Londonda yeni növ koronavirus pandemiyası səbəbindən bu il yeni il şənlikləri keçirilməyəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meri Sadiq Xan LBC radiosuna açıqlamasında deyib:
“Əvvəlki illərin əksinə olaraq bu il Yeni il gecəsi atəşfəşanlıq olmayacaq. İnsanların evlərində rahat və təhlükəsiz şəkildə əylənməsi üçün televiziya proqramı hazırlayırıq. Şəhərdə heç bir tədbir olmayacaq. İnsanların bura gəlməsinə səbəb olacaq mərasimlərdən çəkinməliyik”.
Qeyd edək ki, son bir həftə ərzində Londonda koronavirusa yoluxma sayı 1000-dən 4000-ə yüksəlib.