Son sutka ərzində Türkiyədə koronavirusa 1 711 yeni yoluxma aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrədddin Qoca bildirib.
Nazir qeyd edib ki, bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 299 810 nəfərə çatıb.
Fəxrədddin Qocanın sözlərinə görə, son sutkada təhlükəli infeksiyadan daha 62 nəfər vəfat edib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 7 377 nəfərə yüksəlib.
Həmçinin qeyd edilir ki, ötən gün ərzində 1 060 pasiyent COVID-19-dan sağalıb. Bununla da koronavirusdan sağalanların sayı 264 805 nəfərə yüksəlib.