ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmilərdən ibarət hücum qrupu Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-cı operativ donanması məlumat yayıb.
Qrupun tərkibinə aparıcı atom təyyarədaşıyan gəmi – “Nimiç”, raketli kreyserləri müşahidə edən “Prinston”, “Filippin dənizləri” və həmçinin “Sterett” esminesi daxildir.
Belə ki, gəmilər Fars körfəzində regional və koalisiya partnyorları ilə birgə təlimlərdə iştirak edəcək.