Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 11 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Ümumilikdə paytaxtda pandemiya qurbanlarının sayı 5044 nəfərə çatıb. İndiyədək 274,8 mindən çox insan virusa yoluxub.