Cümə günü Peloponnes yarımadasının qərb sahillərində qeydə alınan İon qasırğası mərkəzi Yunanıstana çataraq tələfata səbəb olub.
Unikal.org-un verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində xüsusilə də Karditsa və Farsala şəhərləri ətrafında bir çox ev və küçə su altında qalıb, güclü külək ağacları və elektrik dirəklərini aşırıb.
Təbii fəlakət nəticəsində Farsala yaxınlığında 63 yaşlı kişi həlak olub.
Karditsa yaxınlığındakı kənddə isə xilasedicilər su altında qalan evlərdən birində yaşlı qadının meyitini tapıb.
Hadisə səbəbi ilə paytaxt Afina ilə Saloniki şəhəri arasında qatarların hərəkəti dayandırılıb.
Hadisə baş verən ərazilərdən yanğınsöndürmə və xilasetmə bölmələrinə 2 450 yardım çağırışı edildiyi bildirilib.