Sosial şəbəkədə gündəm olmaq üçün edilməyən cəhd qalmadı.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yotuber kimi özünü təqdim edən polşalı turist Parisdəki ən hündür qülləyə dırmanmağa cəhd edib. Fransa polisi, paytaxtın ən hündür qülləsi olan “Tour Monparnasa” qülləsinə dırmaşan həmin şəxsi saxlayıb. Hündürlüyü 210 metr olan 58 mərtəbəli binada ekstrim yaşamaq üçün belə bi addım atdığını deyən lakin adı açıqlanmayan polşalı turisti xilasedicilər hüquq-mühafizə orqanlarına təhvil veriblər.