Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 13 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Ümumilikdə paytaxtda pandemiya qurbanlarının sayı 5057 nəfərə çatıb. İndiyədək 276 mindən çox insan virusa yoluxub, 236 mindən çox xəstə isə sağalıb.