Rusiya Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa edir.

Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin qərar imzalayıb.

Qərara əsasən, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla aviareyslər bərpa olunacaq. Cənubi Koreyaya uçuşlar isə sentyabrın 27-dən etibarən həyata keçiriləcək.