Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini yol kənarında hərbi salamla qarşılayan Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi, Elton Xıdır oğlu Hacızadə DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.
Unikal.org xəbər verir ki, sərhəd diviziyasında keçirilən görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb.
Məktəbliyə gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib.