Hərbi qulluqçuların və ailə başçısını itirməyə görə pensiyaların təyinatının avtomatlaşdırılması məsələsi tezliklə həll ediləcək.
Unikal.org-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.
Onun sözlərinə görə, pensiyaların böyük hissəsi elektronlaşdırılıb:
“Çox cüzi qalıb. Onlar da hərbi qulluqçular və ailə başçısını itirməyə görə pensiyalardır. Bu pensiyaların da təyinatının avtomatlaşdırılması layihələrdə var. Bu məsələlər də tezliklə həll ediləcək”.