Misir Mərdanovun adamı nəyə işarə vurur?
13:29 18-12-2012
CƏMİYYƏT
Misir Mərdanovun adamı nəyə işarə vurur?
Faiq Şahbazlının TQDK-ya suçlaması ilə bağlı əsl həqiqət
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı olan adamlardan daha çox istifadə edir. Bu adamlar isə dərslikləri keçməyən nəşriyyatlar və onların müəllifləridir". Bu sözləri Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib.
Açıq-aydın görünür ki, Şahbazlı konkret ad çəkməsə və dərinə getməsə də TQDK sədri Məleykə Abbaszadəni dərsliklərin monitorinqi zamanı Misir Mərdanova qarşı olan şəxslərdən istifdə etməkdə suçlandıraraq, monitorinq prosesinin Təhsil Nazirliyi əleyhinə kampaniyaya çevrilməsinə işarə edir. Bəs əsl həqiqət necədir?
Faiq Şahbazlının bu fikri ilə bağlı "Unikal"a danışan təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı maraqlı fikirlər səsləndirib. O deyib: "Şahbazlının TQDK-nın ünvanına "bu prosesə … daha çox dərslikləri keçməyən insanları toplayırlar" deməsi, sudan batan adamın saman çöpündən yapışmasına bənzəyir. Məgər o bilmir ki, seminara heç kim xüsusi dəvətlə gəlmir?! Elan verilib ki, kim istəsə gələ bilər.
Yadımdadır, bir dəfə onun yanında xüsusi olaraq vurğulandı ki, seminarımız açıqdır, dilindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq istənilən adam iştirak edə bilər. Kiminsə dərsliyinin keçib-keçməməsinin isə mətləbə dəxli yoxdur.
Seminarda bu məsələ yox, Faiq Şahbazlının müdafiə etməyə çalışdığı "dərsliklər" müzakirə olunur. Həqiqət budur ki, bu dəqiqə onu narahat edən, əttökən dərsliklərin paxırının üzə çıxmasıdır. Yaranmış vəziyyətlə bağlı bəzi adamların aqoniyaya düşməsinin də əsas səbəbi budur!".
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27