Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki,  bu barədə kral sarayı məlumat yayıb.

Bildirilib ki, V Harald Osloda Milli Xəstəxanaya yerləşdirilib. 83 yaşlı kralın səhhətindəki problem açıqlanmayıb.

Kralın səlahiyyətlərini gün ərzində vəliəhd şahzadə Haakon icra edəcək.