Tanınmış müğənni Helen Reddi Los-Angelesdə 79 yaşında dünyasını dəyişib.
Unikal.org xəbər ki, bu barədə “New York Times” yazır.
Feministlərin qeyri-rəsmi himninə çevrilən “I Am Woman” (Mən qadınam) hitinin ifaçısı uzun müddət endokrinoloji problemdən – Addison xəstəliyindən əziyyət çəkib. Son beş ildə isə artistdə demensiya olub.