Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən atəşə tutulub.

Unikal.org xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin raketdən tutduqları atəş nəticəsində yaralananlardan biri erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoriyan Nina Romanovnadır.

Qeyd edək ki, hadisə nəticəsində Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.