Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqi, istifadəçilər üçün yeni imkan yaradılıb.
Unikal.org xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək istəyən BirBank istifadəçiləri tətbiqdə olan yeni bölməyə daxil olaraq, kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada fonda köçürə bilərlər. Bundan başqa Kapital Bank filiallarında olan ödəniş terminalları vasitəsilə də Silahlı Qüvvələrə ianə məbləğini köçürmək olar.
Qeyd edək ki, bir neçə gün əvvəl BirBank istifadəçiləri üçün daha bir yenilik tətbiq edilib. Artıq istifadəçilər bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 100 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, 100 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.