Ermənistanda sayca üçüncü ümumi səfərbərlik elan olunub.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan 2020-ci ildə ehtiyata buraxılan hərbçilərin də səfərbərliyə cəlb edilməsi barədə qərarını açıqlayıb. 

Qeyd edək ki, Qarabağda əməliyyatların başladığı 27 sentyabr tarixindən cəbhədə 3000-dən çox erməni əsgər zərərsizləşdirilib. Yaralıların sayı minlərlədir.