Daşkəsəndə baş verən qətlin bəzi detalları məlum olub.
"Unikal"ın məlumatına görə, hadisə söyüş üstündə olub. Belə ki, hər iki şəxsin arasında əvvəlcə mübahisə düşüb. Mübahisə zamanı bıçaqlanaraq qətlə yetirilən İlkin Məmmədov hadisəni törədən Elçin İsmayılovun ünvanına nalaiq ifadələr işlədib. Bundan qəzəblənən E.İsmayılov əsəblərini cilovlaya bilməyərək İ.Məmmədova bir neçə bıçaq zərbəsi vurub. Bıçaq xəsarəti alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, hər iki şəxs dost olub. Onların rayonun Xoşbulaq kəndində evləri var. Onlar ötən gün sözügedən kəndə istirahətə gediblər. Kənddə yeyib içdikdən sonra aralarında mübahisə düşüb. Elə hadisədə bundan sonra baş verib.
Fakt araşdırılır.
XXX
05.07.2025, 23:05
Xəbər verdiyimiz kimi, Daşkəsəndə 21 yaşlı oğlan bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.
***
22:42
Daşkəsəndə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndi ərazisində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü İ.Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Fakt araşdırılır.
Tural Əhmədov