İyulun 5-də Serbiyada keçirilən icazəsiz etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb, 2 nəfər isə xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ötən gecə ərzində polis əməkdaşları 1 130 nəfərin sənədlərini yoxlayıb. Saxlanılan şəxslər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınan insidentlər zamanı tutulub.