Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 62 nəfər ölüb.
Unikal.org zəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 114 992 şübhəli koronavirus testindən keçib, onlardan 1632-nin cavabı pozitiv çıxıb, 1314 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1416 nəfər olub.
Türkiyədə ümumilikdə 338 779 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8957 nəfər ölüb.