Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli artıq mövcud olan razılaşmaların həyata keçirilməsi ilə paralel getməlidir.

Unikal.org xəbər verir ki, belə bir bəyanatı Rusiya XİN rəhbəri Sergey Lavrov yerli rediostansiyalara müsahibəsində edib.

“Həmsədrlərin işləyib hazırladıqları və üzərində işləməyə davam etdikləri təkliflər danışıqlar masasında qalır. Onların məzmunu artıq məlumdur. Bu, Qarabağın təhlükəsizliyinin təminatına riayət etməklə və Qarabağın son statusu müəyyənləşməmişdən əvvəl Ermənistanla Qarabağ arasında etibarlı əlaqəni təmin etməklə, Qarabağ ətrafındakı bölgələrin mərhələli, tədricən azad edilməsidir.