Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində Türkiyə ilə Azərbaycanın tək millət, iki dövlət olmasını bir daha vurğulayıb.

Unikal.org xəbər verir ki, onun sözlərinə görə, Türkiyənin Azərbaycanı dəstəkləməsi normaldır:

“Bizim Azərbaycanla illərdir hərbi müqavilələrimiz var. Bir çox azərbaycanlı hərbçilər Türkiyədə təhsillərini davam etdirirlər”.

O qeyd edib ki, Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və buna davam edəcək:

“Türkiyə bütün qurumları ilə Azərbaycanın yanında olacaq. Qərb dövlətləri bunu anlamalıdır”.