İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 767 nəfər yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 304 876 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 278 394 nəfəri sağalıb, 2 263 nəfəri isə vəfat edib.
Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 24 209 nəfər təşkil edir.