Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir.

Unikal.org xəbər verir ki, səfərin məqsədi  cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır. 

Nümayəndə heyətinin üzvləri hadisə baş verən əraziyə baş çəkib, sakinlərlə görüşüblər.

M. Şentopa Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verilib.

****

11:40

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclsdən birbaşa Gəncəyə yollanıb.

Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bildirib.