Ukrayna Qara dəniz sahillərini mühafizə etmək üçün iki hərbi dəniz bazası inşa edəcək.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukraynanı havada, quruda, dənizdə və kiber sahədə müdafiə edəcək ordu qururuq. Artıq heç kim ərazi bütövlüyümüzü, suverenliyimizi pozmağı ağlından belə keçirməyəcək. Heç kim bir güllə belə atmadan Ukraynadan torpaq qopara biləcəyini düşünməsin”, - dövlət başçısı bildirib.
O əlavə edib ki, ədalətin bərpası üçün əsas olan sülhün bərpa edilməsi və Krımın geri qaytarılmasıdır.