Türkiyənin Antalya şəhərinin meri Muhittin Beçek koronavirusa yoluxandan sonra komaya düşüb.
Unikal.org xəbər verir ki, bu barədə “Yenicag Gazetesi” yazıb.
Nəşrin məlumatına görə, şəhərin meri virusa hələ avqustun 17-də yoluxub, get-gedə isə vəziyyəti ağırlaşıb.
Həkimlər Beçeki sentyabr ayında reanimasiya şöbəsinə yerləşdiriblər. Bir müddət sonra isə tibb işçiləri astmanın yaranmaması və ağcyərlərin parçalanmaması üçün onu süni komaya salmaq qərarına gəliblər.