Həkimlər Braziliyanın Səhiyyə naziri Eduardo Pazuelloda COVID-19 testinin cavabının pozitiv çıxdığını açıqlayıblar.
Unikal.org xəbər verir ki, bu barədə "Estadao" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu məlumatı nazirin köməkçisi də təsdiqləyib.
Pazuellonun karantinə getdiyi bildirilir.