Moskvada son sutka ərzində koronavirusdan 66 nəfər dünyasını dəyişib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 6 187 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 51 nəfərin öldüyü bildirilib.