Nigeriyada silahlı şəxslərin basqın etdiyi iki həbsxanadan təxminən 2 min məhbus qaçıb.
Unikal.org xəbər verir ki, bu barədə Nigeriyanın Daxili İşlər Nazirliyinin sözçüsü Məhəmməd Manqo açıqlama verib. Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə qrupuna qarşı davam edən etirazlar zamanı bir qrup silahlı şəxs Lagosda həbsxanaya hücum edib. Hadisə nəticəsində 1993 məhbus itkin düşüb.