Fransada son gün ərzində 26 min 676 nəfər koronavirusa yoluxub.

Unikla.org xəbər verir ki, bu barədə "Worldometers" portalı məlumat yayıb.

Həmçinin son sutkada 166 nəfər ölüb. Ümumilikdə, ölkədə 957 min yeni yoluxma və 34 min ölüm təsdiqlənib.

Son günlər 900 mindən çox insan xəstəxanalara müraciət edib, onlardan 1584 nəfəri reanimasiyadadır.