Ukraynanın Səhiyyə Nazirliyi Rusiyanın koronavirusa qarşı peyvəndindən imtina edib.
Unikal.org xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Qurumdan Rusiyanın preparatının ABŞ, İsveçrə, Yaponiya, Avstraliya, Kanada və Avropa Birliyində ekspertizadan keçmədiyi bildirilib.
Qeyd edək ki, Ukraynada koronavirusa ümumilikdə 324 942 yoluxma qeydə alınıb.