Avropa İttifaqı quruma üzv dövlətlərin başçıları və hökumət rəhbərlərinin təcili sammitini keçirəcək.
Unikal.org Avropa Şurasının rəhbəri Şarl Mişelə istinadla xəbər verir ki, iclas koronavirus pandemiyası ilə əlaqədar keçiriləcək və yalnız infeksiya ilə mübarizə metodlarına həsr ediləcək.
“COVID-19-la mübarizədə kollektiv səyləri aktivləşdirmək labüddür”, - deyə Mişel bildirib.
Bu, İT-nın bu ay üçüncü sammitidir. O, onlayn-formatda keçiriləcək.
Qeyd edək ki, son həftələrdə Aİ ölkələrində koronavirus halları ilə əlaqədar vəziyyət kəskin şəkildə pisləşib. İspaniyada virusa yoluxanların sayı 1 milyonu keçib.
Ümumilikdə Avropada 8 milyona yaxın insan yoluxub.