Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, eləcə də Türkiyə ilə münasibətlərdən danışıb.
Unikal.org xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Putin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır: "Onun kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də belədir: Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu dedi və aldı".