Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.
Unikal.org xəbər verir ki, Türkiyənin Hatay bölgəsində keçirilən əməliyyatda 23 ildir PKK sırasında təmsil olunan Hüseyn Acar öldürülüb.
Qeyd olunub ki, “Dilşər” ləqəbli Hüseyn Acar PKK-nın aparıcı şəxslərindən olub. O, çox sayda cinayətə, terror aktlarına görə ittiham olunaraq axtarışa verilmişdi. Türkiyə Daxili İşlər Nazirliyi Hüseyn Acarın axtarışı üçün 3 milyon türk lirəsi (təxminən 370 min ABŞ dolları) vəsait ayırmışdı.