Türkiyədə son sutka ərzində 74 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, daha 2165 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9658, virusa yoluxanlar isə 357 min 693 nəfərə çatıb.
Türkiyədə indiyədək 311 min 520 pasiyent (son sutkada 1493 nəfər) sağalaraq evə buraxılıb.