“Gürcüstan koronavirus infeksiyasının yayılması baxımından “narıncı” zonadan “qırmızı” zonaya keçib”.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O, Gürcüstanda yoluxmanın pik dövrünün noyabrın ikinci-üçüncü həftəsində yaşanacağını deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, ölkədə testləmə üzrə yaxşı göstərici əldə olunub:
“Milyon nəfər əhaliyə 213 min test düşür. Hər gün ölkə üzrə 10 minə yaxın test aparılır ki, bu da pandemiya şəraitində yaxşı göstərici hesab olunur”.