Almaniyanın paytaxtı Berlində tibbi maskaların taxılması ilə bağlı sərt qaydalar qüvvəyə minib.

Unikal.org xəbər verir ki,  pandemiya başlayandan bəri ilk dəfə paytaxt sakinləri qoruyucu vasitələri yalnız qapalı yerlərdə deyil, həm də açıq havada - bazarlarda və insanların çox olduğu şəhərin əsas küçələrində istifadə etməli olacaqlar.

Bundan başqa, məsafəni bir metr yarım qorumaq mümkün olmayan yerdə maskalar taxmaq məcburidir.

Sosial əlaqələrdəki məhdudiyyətlər də sərtləşdirilir. İndiyə qədər maksimum 50 nəfər açıq havada, qapalı məkanlarda isə 25 nəfər toplana bilərdi. İndi limit müvafiq olaraq 25 və 10-a endirilib. Min polis əməkdaşı əhalinin yeni qaydalara riayət olunmasına nəzarət edəcək.