ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 1,63% azalaraq 1 barelə görə 41,77 dollar təşkil edib.

Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,94% azalaraq 39,85 dollar təşkil edib.