Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində partlayış olub.
Unikal.org xəbər verir ki, gəmidə olan 13 heyət üzvündən 10 nəfəri xilas edilib. Hazırda 3 nəfərin axtarışları aparılır.
Məlumata görə, tanker Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. Hadisə vaxtı tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb.
Üç xilasetmə gəmisi hadisə yerinə yaxınlaşıb.