BMT Nizamnaməsindəki mexanizmlər çox hallarda dünyanın III Dünya savaşına yuvarlanmamasına kömək edib.

Unikal.org  xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib. O, dünyanın XX və XXI əsrlərdəki problemlərdən heç də hər zaman doğru dərs çıxarmadığını bildirib.

Medvedyev, həmçinin demokratik dəyərlər anlayışının başqa ölkələrin işlərinə qanunsuz müdaxilə ilə bağlı tipik ssenari olduğunu söyləyib.