COVID-19 pandemiyası ilə mübarizə aparan Koreya Respublikasında indi də yüksək patogenik quş qripi (H5N8) aşkarlanıb.

Unikal.org Yonhap agentliyinə istinadla xəbər verir ki, virus paytaxt Seuldan 92 kilometr cənubda yerləşən Çeonan şəhərində vəhşi quşlardan götürülmüş nümunədə aşkar edilib.

Bildirilir ki, 32 aylıq aradan sonra quş qripinin yenidən aşkarlanması ciddi narahatlıq doğurub.