Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.
Unikal.org xəbər verir ki, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış “Zorakılığa yox” adlı heykəl formasında təsvir edilib.
Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.