Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Mingəçevir şəhərinə gəliblər.
Unikal.org xəbər verir ki, onlar Ermənistan silahlı qüvvələrinin Mingəçevir şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olurlar.
FOTOLAR: Müzəffər İsmayılov